ÇÖKMƏ (UÇMA) QIFI

kimyəvi həllolma yolu ilə əmələ gəlmiş yeraltı boşluğun tavanının çökməsi nəticəsində yaranmış, qıfa oxşar karst çökəyi. провальная воронка collapse sink-hole, collapse swallow-hole
ÇÖKMƏ SÜXURLARIN GENETİK TƏHLİLİ
ÇÖKMƏ (UÇMA) SAHƏSİ
OBASTAN VİKİ
Uçma
Uçma — (rus. обрушение, ing. foundering) qırılmaların yaranması və qırılma boyunca əvvəllər formalaşmış tektonik strukturların hissələrinin düşməsi prosesi.
DNS qıfı
DNS qıfı– təmsil etdiyi domen adlarının istifadə edilməsinin qarşısını almaq üçün yalan informasiya verən DNS server. Hədəfdən asılı olaraq DNS qıfı həm konstruktiv, həm də destruktiv istifadə edilə bilər. İstifadələrdən biri botnetin koordinasiya üçün istifadə etdiyi DNS adlarını kəsməklə botneti dayandırmaqdır. Kompüter DNS serverlərdən əvvəl hosts faylına müraciət edir, bu fayldan da saytlara müraciəti bloklamaq üçün istifadə etmək olar. Məsələn, hosts faylına əsaslanan qıf reklam saytlarını bloklamaq üçün geniş istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Çökmə süxurlar
Çökmə süxurlar maddələrin əsasən su mühitində, az hallarda atmosfer agentləri və buzlaqların fəaliyyəti nəticəsində quruda və ya dənizdə və okeanda çökməsi nəticəsində əmələ gəlir Çökmə süxurlara nümunə olaraq qum(çöküntü mənşəli süxurlardan əmələ gəlmiş), çaydaşı, çınqıl və gil bunlar tikintidə geniş istifadə olunur, Torf, daş kömür, əhəngdaşı və təbaşir kimi çökmə süxurlar da bitki və heyvan qalıqlarından yaranmışdır. Su hövzələrində və ya quruda toplanan süxurlar- çökmə süxurlar adətən laylı olub tərkibində bitki və heyvan qalıqları olur. Mənşəyinə görə çökmə süxurlar kimyəvi (daşduz, əhəngdaşı, gips, və s.), orqanogen (daş kömür, torf, mərcan qalıqları) və qırıntı süxurlara bölünür. Kimyəvi və orqanegen çöküntüklər isə quruda çökdürülür və müvafiq olaraq protogen və kontinental süxurlar adlanır. Yer səthinin 75%-i çökmə süxurlarla örtülmüşdür. Çökmə süxurların rəngi ən mühüm əlamətlərindən biridir. Çökmə süxurların rəngi ilkin və törəmə ola bilər. İlkin dedikdə, adətən, süxurəmələgəlmənin ən başlanğıc mərhələsinə xas olan və eləcə də diagenez zamanı yaranmış rəng nəzərdə tutulur. Törəmə rəng, adətən, hipergen mənşəli olur, yəni aşınma və reqressiv epigenez (gizli hipergenez) prosesində əmələ gəlir. İlkin rəng süxurların tərkibini və genezisini əks etdirərək, stratiqrafik korrelyasiyaya kömək edir.
Çökmə tsikl
Çökmə (sedimentasion) tsikl – müəyyən akvatoriya və ya ərazinin inkişaf prosesində bu və ya digər dəyişkənliklərlə təkrarlanan çöküntütoplanma şəraitlərinin dəyişmə ardıcıllığı. Çökmə tsikl çox vaxt ardıcıl dəniz transqressiyalararası və yaxud çöküntütoplanmada fasilələrarası intervallar aid edilir. Sedimentasion şəraitlərin ardıcıl olaraq bir-birini əvəzləməsinin maddi tərkibini, yəni müvafiq çöküntü komplekslərini tsikl, yaxud tsiklotemlər (bəzən səhvən ritmlər) adlandırırlar. Tsikllərin davamiyyəti çox müxtəlif ola bilər: məsələn: geosinklinalların alp, hersin, kaledon və daha qədim inkişaf mərhələlərinə uyğun gələn tsikllərin davamiyyəti 180–240 mln. il hüdudlarında dəyişir. Belə tsikllərə müəyyən geoloji formasiya sırası (geogenerasiya), o cümlədən çöküntü vulkanogen formasiya sırası uyğun gəlir. Məsələn, Qafqazda aşağıdakı formasiya sırası müəyyən edilmişdir: 1) spilit-keratofir; 2) aspid; 3) fliş; 4) şlir (alt molass); 5) əsl molass (üst molass). Tsikllər az davamiyyətli, hətta qısamüddətli də ola bilər. Çökmə tsikl qatlarının kəsilişinin öyrənilməsi göstərir ki, tsikllər (davamiyyətinə görə) 16-dan az olmayaraq daha aşağı tərtibli ola bilərlər (Xain,1964). Ayrı-ayrı aşağı tərtib tsikllər yüksək tərtibli tsikllərin mərhələlərini (fazaları) təşkil edirlər.
Eritrositlərin çökmə sürəti
Eritrositlərin çökmə sürəti - (EÇS) qandakı eritrositlərin çökmə sürətidir. Bu qeyri-spesifik müayinə metodu iltihabi proseslərin mövcud olması barədə şübhələr olduqda və ya onların gedişini öyrənmək məqsədilə aparılır. Müayinəyə əsas göstərişlər iltihabi proseslər, infeksion xəstəliklər və profilaktika məqsədilə aparılan müayinə skrininqləri aiddir. == Metodun aparılması == EÇS Westergren metodu deyilən sedimentasiya ilə ölçülür. Bu zaman 1.6 ml qan 0.4 ml 3.8 faizli Natrium-sitrat məhlulu ilə qarışdırılır. Burada məqsəd, laxtalanmanın qarşısını almaqdır. Belə ki, sitrat ionları qanda laxtalanma üçün lazım olan kalsium (Ca) ionları ilə birləşib laxtalanma prosesinin qarşısını alır. Bu qarışıq 200 mm uzunluğundakı şüşə yaxud plastik sınaq borusuna tökülür. Bu zaman eritrositlər özlərinin ağırlıq qüvvəsinin təsiri altında çökməyə başlayır. Nəticə, adətən, bir saatdan sonra mövcud çöküntünün uzunluq ölçüsü ilə müəyyən olunur.
Mexaniki çökmə yataq
Mexaniki çökmə yataq — tərkibində faydalı qazıntılar olan süxurların mexaniki aşınması və hissəciklərin su axınları ilə daşınıb sonradan çökməsi nəticəsində əmələ gələn ilkin çökmə yataq. Daşınma prosesində hissəciklərin formasından, ölçüsündən, sıxlığından, davamlılığından və daşıyıcı mühitin sürətindən asılı olaraq mexaniki diferensiasiya baş verir. Mexaniki çökmə yataq tikinti materialları (çaqıl, qum, gil) yataqları, nəcib və nadir metal, almaz, qiymətli daşlar, səpinti yataqlar, habelə köklü yataqların yuyularaq yenidən çökməsi nəticəsində yaranan fosforit, kaolinit, dəmir, manqan və b. filiz yataqları aiddir. Çökmə yataqlar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Vulkanogen-çökmə yataqlar
Vulkanogen-çökmə yataqlar ― qədim okean və dənizlərin dibində vulkan püskürmələrinin mineral məhsullarının çökməsi zamanı əmələ gəlmiş filiz yataqları.